Avropa Komissiyası Rusiyanın qurumda dondurulmuş aktivlərindən əldə olunan gəlirlərin Ukraynaya dəstək məqsədilə istifadə edilməsi təklifini təsdiqləyib.
BUTA.TV xəbər verir ki, bu barədə Avropa Komissiyası rəhbərinin birinci müavini Valdis Dombrovskis bildirib.
"Avropa Komissiyası bu gün Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrell ilə birlikdə Rusiyanın aktivlərindən əldə edilən gəlirlərin istifadəsi ilə bağlı hazırlanmış təklifləri təsdiqləyib", - Dombrovskis deyib.
Avropa Komissiyasının rəsmisi qeyd edib ki, bu təklif Avropa İttifaqının martın 21-22-də keçiriləcək sammitində nəzərdən keçiriləcək və orada Ukraynaya dəstək tədbirləri müzakirə olunacaq.
- Rusiyadan Bakıya uçan təyyarə Qazaxıstana təcili eniş etdi
- Bu rayonlara yağış yağıb – Faktiki hava
- FHN silsilə maarifləndirmə tədbirləri keçirdi
- 29 mindən çox şagird Azərbaycan dilindən imtahan verir
- "Bakı Marafonu 2026" başladı
- Azərbaycandan keçməklə Ermənistana gübrə göndəriləcək
- Kürün səviyyəsi artdı, kəndlərdə torpaqlar su altında qaldı
- Bu ailələrə uşaqpulu belə ödəniləcək - Yeni qayda