Ukrayna ötən gecə Rusiyanın Kursk vilayətinə raket hücumu həyata keçirib.
BUTA.TV xəbər verir ki, bu barədə Kursk vilayətinin qubernatoru Roman Starovoyt öz Teleqram kanalında məlumat yayıb.
O bildirib ki, hava hücumundan müdafiə sistemi tərəfindən vurulan S-200 raketinin qalıqları Kursk şəhərinin mərkəzinə və şəhərin digər ərazilərinə düşüb. Nəticədə bir neçə evin dam örtüyü zədələnib.
Qeyd edək ki, ötən gecə Belqorod və Kursk vilayətinə edilən hücumlar zamanı Kurskda elektrik enerjisi kəsilmişdi.
- Rusiyadan Bakıya uçan təyyarə Qazaxıstana təcili eniş etdi
- Bu rayonlara yağış yağıb – Faktiki hava
- FHN silsilə maarifləndirmə tədbirləri keçirdi
- 29 mindən çox şagird Azərbaycan dilindən imtahan verir
- "Bakı Marafonu 2026" başladı
- Azərbaycandan keçməklə Ermənistana gübrə göndəriləcək
- Kürün səviyyəsi artdı, kəndlərdə torpaqlar su altında qaldı
- Bu ailələrə uşaqpulu belə ödəniləcək - Yeni qayda