Ümumi su tutumu 70,5 milyon kubmetr olan “Bərgüşadçay” su anbarının inşası böyük ehtimalla bu il tamamlanacaq.
BUTA.TV xəbər verir ki, bunu Report-a açıqlamasında işğaldan azad olunmuş ərazilərdə inşaat işləri həyata keçirən Türkiyənin “Proyapı” şirkətinin İdarə Heyətinin sədr müavini Akif Aygen bildirib.
Su anbarı vasitəsilə Qubadlı rayonu ərazisində 12 min hektar əkin sahələrinin suvarma suyu ilə təmin edilməsinə zəmin yaranacaq, uzunluğu 61,5 kilometr olan magistral boru kəməri vasitəsilə isə “Qız Qalası” hidroqovşağından su götürəcək magistral kanalın qidalandırılması üçün saniyədə 12 kubmetr suyun verilməsi mümkün olacaq.
Layihə çərçivəsində, həmçinin bəzi rayonların içməli su ilə təchizatı nəzərdən keçirilir.
- Rusiyadan Bakıya uçan təyyarə Qazaxıstana təcili eniş etdi
- Bu rayonlara yağış yağıb – Faktiki hava
- FHN silsilə maarifləndirmə tədbirləri keçirdi
- 29 mindən çox şagird Azərbaycan dilindən imtahan verir
- "Bakı Marafonu 2026" başladı
- Azərbaycandan keçməklə Ermənistana gübrə göndəriləcək
- Kürün səviyyəsi artdı, kəndlərdə torpaqlar su altında qaldı
- Bu ailələrə uşaqpulu belə ödəniləcək - Yeni qayda