Yevlaxda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 5 nəfər saxlanılıb.
DİN-dən BUTA.TV-a verilən məlumata görə, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər məhkum olunmuş Səxavət Musayev və Xanlar Məmmədov saxlanılıblar.
Onlardan narkotik vasitə marixuana aşkar edilib. Saxlanılanlar barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Keçirilən əlavə tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən daha 3 nəfər də saxlanılıb. Onlardan 1 kiloqrama yaxın narkotik vasitənin qanunsuz dövriyyədən çıxarılması təmin edilib.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.
- Rusiyadan Bakıya uçan təyyarə Qazaxıstana təcili eniş etdi
- Bu rayonlara yağış yağıb – Faktiki hava
- FHN silsilə maarifləndirmə tədbirləri keçirdi
- 29 mindən çox şagird Azərbaycan dilindən imtahan verir
- "Bakı Marafonu 2026" başladı
- Azərbaycandan keçməklə Ermənistana gübrə göndəriləcək
- Kürün səviyyəsi artdı, kəndlərdə torpaqlar su altında qaldı
- Bu ailələrə uşaqpulu belə ödəniləcək - Yeni qayda