Ağstafa Rayon İcra Hakimiyyəti üçün 57 800 AZN-ə xidməti minik avtomobili alınıb.
BUTA.TV Qaynarinfo-ya istinadən xəbər verir ki, təchizatçı bir mənbədən satınalma metodu üzrə seçilib. Yəni, satınalma proseduru dövlət satınalmalarının vahid elektron portalında keçirilməyib.
Təchizatçının kimliyinə gəlincə, bu, “Auto Azərbaycan” MMC-dir. “Auto Azərbaycan” MMC “Hunday” şirkətinin Azərbaycandakı distribütorudur.
İddialara görə, xidməti minik avtomobili Ağstafa rayonunun icra başçısı Seymur Orucov üçün alınıb.
Seymur Orucov 2020-ci ildən Ağstafaya rəhbərlik edir.
- Rusiyadan Bakıya uçan təyyarə Qazaxıstana təcili eniş etdi
- Bu rayonlara yağış yağıb – Faktiki hava
- FHN silsilə maarifləndirmə tədbirləri keçirdi
- 29 mindən çox şagird Azərbaycan dilindən imtahan verir
- "Bakı Marafonu 2026" başladı
- Azərbaycandan keçməklə Ermənistana gübrə göndəriləcək
- Kürün səviyyəsi artdı, kəndlərdə torpaqlar su altında qaldı
- Bu ailələrə uşaqpulu belə ödəniləcək - Yeni qayda