Ermənistan Baş naziri Nikol Paşinyan 1991-ci il Almatı Bəyannaməsi əsasında Azərbaycan və Ermənistanın sərhəd xəttinin çəkilməli olduğu barədə aylardır təkrarladığı mövqeyinə aydınlıq gətirib.
BUTA.TV xəbər verir ki, bu barədə Paşinyan Tavuş bölgəsinə səfəri zamanı Azərbaycanın 4 anklav olmayan kəndi tələb etməsi haqda danışarkən deyib.
O bildirib ki, Almatı Bəyannaməsinə istinad sərhədin sıfırdan çəkilməsinə qarşı əsasdır:
“Biz deyirik ki, bu razılaşma o deməkdir ki, sərhədi sıfırdan çəkməməliyik”.
Paşinyan qeyd edib ki, əgər sərhədlərin yenidən çəkilməsi məntiqinə girsək, bütün sərhədlərimizi itirəcəyik.
- Gədəbəyin prokurorunun xanımına nazirlikdə vəzifə verildi
- Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - Video
- Rusiyadan Bakıya uçan təyyarə Qazaxıstana təcili eniş etdi
- Bu rayonlara yağış yağıb – Faktiki hava
- FHN silsilə maarifləndirmə tədbirləri keçirdi
- 29 mindən çox şagird Azərbaycan dilindən imtahan verir
- "Bakı Marafonu 2026" başladı
- Azərbaycandan keçməklə Ermənistana gübrə göndəriləcək