Azərbaycanın Fransadakı səfirliyinin Konsulluq şöbəsi bu ölkədə yaşayan həmyerlilərimizə səyyar konsulluq xidmətləri göstərəcək.
BUTA.TV Report-a istinadən bildirir ki, şöbə aprel-iyun aylarında Fransanın Bordo, Tuluza, Strasburq, Nitsa, Puatye, Kayen, Le-Man, Metz şəhərlərində səyyar konsulluq xidmətləri həyata keçirməyi planlaşdırır.
Xidmətlərə ümümvətəndaş pasportlarının yenilənməsi, konsulluq-hüquq məsələləri üzrə məsləhətlər daxildir.
Səyyar konsulluq xidmətlərinin səmərəli təşkil edilməsi məqsədilə Azərbaycan vətəndaşlarının ehtiyaclarını öncədən öyrənmək üçün tədbirlərə başlanılıb.
Konsulluq adı çəkilən şəhərlərdə yaşayan Azərbaycan vətəndaşlarına elektron poçt vasitəsilə öz təkliflərini ünvanlamaq üçün müraciət edib.
- Gədəbəyin prokurorunun xanımına nazirlikdə vəzifə verildi
- Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - Video
- Rusiyadan Bakıya uçan təyyarə Qazaxıstana təcili eniş etdi
- Bu rayonlara yağış yağıb – Faktiki hava
- FHN silsilə maarifləndirmə tədbirləri keçirdi
- 29 mindən çox şagird Azərbaycan dilindən imtahan verir
- "Bakı Marafonu 2026" başladı
- Azərbaycandan keçməklə Ermənistana gübrə göndəriləcək