Mart ayının 19-da Böyük Britaniya Parlamentinin Nümayəndələr palatasında Qarabağdan köçən ermənilərə beynəlxalq dəstəyin verilməsi ilə əlaqədar dinləmələr keçiriləcək.
Diasporla İş üzrə Dövlət Komitəsindən BUTA.TV-a verilən məlumata görə, bu dinləmələr Şotlandiya Milli Partiyasının nümayəndəsi Karol Monokonun təşəbbüsü ilə həyata keçiriləcək.
Diqqətə çatdırılıb ki, Böyük Britaniyadakı Azərbaycan icması bu addıma kəskin etirazını bildirib və dinləmələrdə iştirak edəcək parlament üzvlərinə məlumatlandırıcı məktub ünvanlayıblar. Britaniya Azərbaycan Cəmiyyəti və Qlazqo, Aberdin Tələbə Cəmiyyətləri, eləcə də Böyük Britaniyada təhsil alan bir qrup azərbaycanlı tələbənin adından Parlament üzvlərinə, Britaniya Azərbaycanlıları Koordinasiya Şurasının adından isə Xarici İşlər Nazirliyinə ünvanlanan məktubda bu məsələyə dəstək verən deputatlar ədalətli mövqe nümayiş etdirməyə çağırılıb.
- Gədəbəyin prokurorunun xanımına nazirlikdə vəzifə verildi
- Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - Video
- Rusiyadan Bakıya uçan təyyarə Qazaxıstana təcili eniş etdi
- Bu rayonlara yağış yağıb – Faktiki hava
- FHN silsilə maarifləndirmə tədbirləri keçirdi
- 29 mindən çox şagird Azərbaycan dilindən imtahan verir
- "Bakı Marafonu 2026" başladı
- Azərbaycandan keçməklə Ermənistana gübrə göndəriləcək