“Tamstore” marketlər şəbəkəsi 19 mart tarixində Qaradağ rayonu, Bakı-Ələt yolunun 17-ci kilometrində 25-ci Super formatlı marketi ilə müştərilərin xidmətinə gəlir. Açılışla bağlı 700-dən çox məhsulda endirim kampaniyası həyata keçiriləcək.
Qeyd edək ki, Tamstore Qaradağ filialında “Cofee Shop”, təndir məhsulları, sobadan isti-isti şirniyyatlar, qəlyanaltılar, namaz otağı, Ana və uşaq otağı və digər xidmət sahələri də 7/24 fəaliyyət göstərəcək.
“TamStore” marketlər şəbəkəsi tam uyğun qiymət, tam təzə məhsul, tam xidmət və tam keyfiyyət fəlsəfəsi ilə müştərilərinə 24 saat fasiləsiz xidmət göstərir. Marketlər şəbəkəsi 2024-cü ildə Bakı şəhəri və Azərbaycanın digər rayonlarında 50-dən çox marketin açılışını planlaşdırıb. Marketlər şəbəkəsi üç - “mini”, “city” və “super” formatlarında fəaliyyət göstərir. Şirkətdə hal hazırda 1200-dən çox əməkdaş çalışır. İl sonuna kimi hədəf bu sayı 2800 nəfərə çatdırmaqdır.
- 27 sentyabr müşavirəsi: Nəcməddin buna etiraz edir...
- Gədəbəyin prokurorunun xanımına nazirlikdə vəzifə verildi
- Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - Video
- Rusiyadan Bakıya uçan təyyarə Qazaxıstana təcili eniş etdi
- Bu rayonlara yağış yağıb – Faktiki hava
- 29 mindən çox şagird Azərbaycan dilindən imtahan verir
- "Bakı Marafonu 2026" başladı
- Azərbaycandan keçməklə Ermənistana gübrə göndəriləcək