1954-cü ildə Krımın Ukraynaya verilməsi qərarı Sovet lideri Nikita Xruşşovun bağışlanmaz və faciəli səhvi, konstitusiyaya zidd addım idi.
BUTA.TV xəbər verir ki, bunu Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin deyib.
“Krımın və Sevastopolun tarixini düşünərkən Nikita Sergeyeviç Xruşşovun bir vaxtlar etdiyi bağışlanmaz, faciəli səhvdən dərin məyusluq hissi keçirməmək olmur. O, Pereyaslav Radasının 300 illiyinə bir növ hədiyyə kimi Krımın rəsmi şəkildə Ukrayna Sovet Sosialist Respublikasına verilməsinin sonda nəyə gətirib çıxaracağını çətin ki, başa düşə bilərdi. Lakin o zaman da artıq aydın idi ki, bu konstitusiyaya zidd, könüllü addım yarımada sakinlərinin istəkləri ilə birbaşa ziddiyyət təşkil edir”, - Narışkin bildirib.
- Gədəbəyin prokurorunun xanımına nazirlikdə vəzifə verildi
- Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - Video
- Rusiyadan Bakıya uçan təyyarə Qazaxıstana təcili eniş etdi
- Bu rayonlara yağış yağıb – Faktiki hava
- FHN silsilə maarifləndirmə tədbirləri keçirdi
- 29 mindən çox şagird Azərbaycan dilindən imtahan verir
- "Bakı Marafonu 2026" başladı
- Azərbaycandan keçməklə Ermənistana gübrə göndəriləcək