Rusiya NATO-ya mümkün hücum üçün bir neçə planı nəzərdən keçirir və onlardan biri digərlərindən daha real görünür.
BUTA.TV xəbər verir ki, bunu Ukrayna Demokratik Təşəbbüslər Fondunun beynəlxalq təhlükəsizlik eksperti Taras Jovtenko deyib.
O bildirib ki, söhbət Rusiya xüsusi xidmət orqanlarının alyans ölkələrindən birinin ərazisində planlaşdıracağı məhdud hibrid əməliyyatdan gedir:
"Bu, daha realdır və alyansı qəfil yaxalaya bilər. Format tammiqyaslı müharibə deyil, məhdud hibrid əməliyyatdır. Bu, rusların NATO ölkələrindən birinə girib müəyyən ərazini ələ keçirə bilməsi ilə nəticələnə bilər".
Jovtenkonun sözlərinə görə, hücum iki formada nəzərdən keçirilir:
"Ya birbaşa Rusiyadan, ya da Belarus əraziləri vasitəsilə. Rusların hərəkətlərinin alqoritmi bir qədər Ukraynaya hücumu xatırladacaq - onlar ərazini yandırıb, sonra tərk edəcəklər".
- 27 sentyabr müşavirəsi: Nəcməddin buna etiraz edir...
- Səttar Möhbalıyevin oğlunun Dubaydakı mülkləri - FOTO
- Gədəbəyin prokurorunun xanımına nazirlikdə vəzifə verildi
- Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - Video
- Rusiyadan Bakıya uçan təyyarə Qazaxıstana təcili eniş etdi
- Bu rayonlara yağış yağıb – Faktiki hava
- 29 mindən çox şagird Azərbaycan dilindən imtahan verir
- "Bakı Marafonu 2026" başladı