Bu il Bakıda keçiriləcək COP29 iqlim dəyişikliyindən narahat olan hər kəs üçün vacibdir və bu, təhlükəsizlik məsələlərinə də aiddir.
BUTA.TV xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq Azərbaycan Prezidenti İlham Əliyevlə keçirdiyi birgə mətbuat konfransında deyib.
"Bu il Azərbaycan COP29-a ev sahibliyi edəcək. Hazırda iqlim dəyişikliyi ilə bağlı problemlər bütün dünyada müşahidə oluna bilər", - deyə o, bu tədbirin keçirilməsinin vacibliyini vurğulayıb.
Stoltenberqin sözlərinə görə, Azərbaycan alternativ enerjinin - külək və günəşin inkişafına fəal şəkildə sərmayə qoyur ki, bu da enerji keçidi və iqlim dəyişikliyi ilə mübarizə üçün vacibdir.
- 27 sentyabr müşavirəsi: Nəcməddin buna etiraz edir...
- Səttar Möhbalıyevin oğlunun Dubaydakı mülkləri - FOTO
- Gədəbəyin prokurorunun xanımına nazirlikdə vəzifə verildi
- Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - Video
- Rusiyadan Bakıya uçan təyyarə Qazaxıstana təcili eniş etdi
- Bu rayonlara yağış yağıb – Faktiki hava
- 29 mindən çox şagird Azərbaycan dilindən imtahan verir
- "Bakı Marafonu 2026" başladı