Salyanda balıq ovlayan şəxsi elektrik cərəyanı vurub.
BUTA.TV Report-a istinadla xəbər verir ki, hadisə rayonun Yenikənd kəndi ərazisindən keçən, el arasında “Ana zığlıq” adlanan kollektorda qeydə alınıb.
İlkin məlumata görə, kollektorda balıq tutmaq istəyən Lənkəran rayon sakini, 1989-cu il təvəllüdlü Orxan Baba oğlu Babayev tilovunu suya atmaq istəyərkən kollektorun üzərindən keçən elektrik məftilinə toxunub. Nəticədə onu elektrik cərəyanı vurub.
Kənd sakinləri tərəfindən O.Babayevə ilkin yardımı göstərilib. Sonra Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
- 27 sentyabr müşavirəsi: Nəcməddin buna etiraz edir...
- Səttar Möhbalıyevin oğlunun Dubaydakı mülkləri - FOTO
- Gədəbəyin prokurorunun xanımına nazirlikdə vəzifə verildi
- Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - Video
- Rusiyadan Bakıya uçan təyyarə Qazaxıstana təcili eniş etdi
- Bu rayonlara yağış yağıb – Faktiki hava
- 29 mindən çox şagird Azərbaycan dilindən imtahan verir
- "Bakı Marafonu 2026" başladı