Karyeramda bundan dramatik oyunlar olmayıb. Heç bir matç buna çatmaz.
BUTA.TV xəbər verir ki, bu fikirləri "Qarabağ"ın qapıçısı Andrey Lunyov Avropa Liqasının 1/8 final mərhələsində Almaniyanın "Bayer 04" komandasına qarşı keçirdikləri oyunla bağlı danışarkən deyib.
Sergey Tırtışnının Yutub kanalına açıqlama verən 27 yaşlı qolkiper bu cür məğlubiyyətin məyusedici olduğunu söyləyib:
"Hər iki görüşdə 2:0 öndə olduq və üstünlüyü əldən verdik. Artıq özümüzə gəlməliyik. Bu, keçmişdə qalıb. Təhlil etmək, qollara səbəb olan epizodları incələmək lazımdır".
Qeyd edək ki, iki qarşılaşmanın cəmində 5:4 (2:2, 3:2) hesablı qələbə qazanan “Bayer 04” Avropa Liqasının 1/4 finalına yüksəlib.
- 27 sentyabr müşavirəsi: Nəcməddin buna etiraz edir...
- Səttar Möhbalıyevin oğlunun Dubaydakı mülkləri - FOTO
- Gədəbəyin prokurorunun xanımına nazirlikdə vəzifə verildi
- Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - Video
- Rusiyadan Bakıya uçan təyyarə Qazaxıstana təcili eniş etdi
- Bu rayonlara yağış yağıb – Faktiki hava
- 29 mindən çox şagird Azərbaycan dilindən imtahan verir
- "Bakı Marafonu 2026" başladı