Yeni Zelandiyalı geoloqlar Yer kürəsinin tarixində ən qədim və dağıdıcı zəlzələlərin izlərini aşkar ediblər. Mütəxəssislərin fikrincə, yüksək güclü seysmik təkanlar təxminən 3,3 milyard il əvvəl Paleoarxey dövründə baş verib.
BUTA.TV xəbər verir ki, bu barədə araşdırma “Geology” elmi jurnalında dərc olunub.
Alimlər bu kəşfi Afrikanın cənubundakı mürəkkəb geoloji formasiya olan Barberton Qrinston xəttini araşdırarkən ediblər. Onlar bu qənaətə gəliblər ki, bu xətt Yeni Zelandiyada seysmik sarsıntılar keçirmiş daha gənc qayalara olduqca oxşardır.
“Qədim zəlzələlərin enerjisi tamamilə böyük idi və bütün bölgəni sarsıdırdı”, - geoloq Simon Lamb bildirib.
Alimlər hesab edirlər ki, planetimizdə ilk zəlzələlər Yerdə həyatın yaranması ilə eyni dövrdə olub. Tədqiqatçıların fikrincə, tektonik proseslər bəlkə də dünyada ilk canlı orqanizmləri yaratmaq üçün lazımi enerjini təmin edib.
- Bakıda ilanlar aktivləşir: Ən riskli ərazilər açıqlandı
- Belqrad və Bakı arasında birbaşa uçuşlar başladı
- Əli Həsənovun ərindən ayrılan qızı Dubayda nə iş görür?
- 27 sentyabr müşavirəsi: Nəcməddin buna etiraz edir...
- Səttar Möhbalıyevin oğlunun Dubaydakı mülkləri - FOTO
- Gədəbəyin prokurorunun xanımına nazirlikdə vəzifə verildi
- Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - Video
- Rusiyadan Bakıya uçan təyyarə Qazaxıstana təcili eniş etdi