Almaniyadan olan tədqiqatçılar Ermənistanda Marsa uçuşlar üçün skafandr və robotları sınaqdan keçirməyə başlayıblar. Avadanlığın orada sınaqdan keçirilməsinin səbəbi isə Ermənistanın topoqrafiyasının Marsın səhra mənzərəsinə çox bənzəməsi göstərilir.
BUTA.TV “Bild”ə istinadən xəbər verir ki, Almaniyanın Vürzburq Universitetinin alimləri Ermənistanın Armaş kəndində kosmik robotları və yeni skafandrları sınaqdan keçirirlər.
“Bild” yazır ki, astronavtlar üçün kostyumlar mənfi 133-dən müsbət 27 dərəcəyə qədər olan temperatur üçün nəzərdə tutulub. Sınaq çərçivəsində iki robot bölgənin 3D xəritəsini yaratmalı olacaq.
Ermənistanda sınaqlar aprelin əvvəlinə qədər davam edəcək.
Qeyd edək ki, Marsın “səhra mənzərəsi”nin Ermənistana “çox bənzəməsi” mübahisələndirilə bilər. Ona görə də almanların niyə məhz Ermənistanı seçməsinin və buradakı tədqiqatların əsl səbəbi şübhəlidir.
- Bakıda ilanlar aktivləşir: Ən riskli ərazilər açıqlandı
- Belqrad və Bakı arasında birbaşa uçuşlar başladı
- Əli Həsənovun ərindən ayrılan qızı Dubayda nə iş görür?
- 27 sentyabr müşavirəsi: Nəcməddin buna etiraz edir...
- Səttar Möhbalıyevin oğlunun Dubaydakı mülkləri - FOTO
- Gədəbəyin prokurorunun xanımına nazirlikdə vəzifə verildi
- Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - Video
- Rusiyadan Bakıya uçan təyyarə Qazaxıstana təcili eniş etdi