ABŞ Ukraynanı çətin vəziyyətdə tərk edərsə, dünyanın inamını, təsirini, eləcə də beynəlxalq nüfuzunu itirəcək.
BUTA.TV xəbər verir ki, bunu Fransa Prezidenti Emanuel Makron deyib.
"Xatırladaq ki, Amerika administrasiyası bizimlə çox sıx işləyir, avropalılar bu əməkdaşlıq sayəsində çox şeyə nail olublar. Onlar hər zaman bizimlə olublar. Uzunmüddətli perspektivdə qalmaq Amerikanın maraqlarına uyğundur. Çünki Ukraynada beynəlxalq hüququn taleyi həll olunur, liberal demokratiyanın taleyi həll olunur, ona görə də mən əminəm ki, Amerikanın strateji marağı Ukraynanı dəstəkləməkdə davam etməkdir", - Makron bildirib.
O vurğulayıb ki, Amerika xalqına artıq etdiklərinə görə təşəkkür etmək lazımdır:
"Avropanın istənilən halda ehtiyat planı olmalıdır, çünki Ukrayna bizim üçün ekzistensial məsələdir".
- Bakıda ilanlar aktivləşir: Ən riskli ərazilər açıqlandı
- Belqrad və Bakı arasında birbaşa uçuşlar başladı
- Əli Həsənovun ərindən ayrılan qızı Dubayda nə iş görür?
- 27 sentyabr müşavirəsi: Nəcməddin buna etiraz edir...
- Səttar Möhbalıyevin oğlunun Dubaydakı mülkləri - FOTO
- Gədəbəyin prokurorunun xanımına nazirlikdə vəzifə verildi
- Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - Video
- Rusiyadan Bakıya uçan təyyarə Qazaxıstana təcili eniş etdi