Krım və Sevastopol Rusiyanın ayrılmaz hissəsidir, onlara sahiblik məsələsi həmişəlik bağlıdır.
BUTA.TV xəbər verir ki, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov Krımın Rusiyaya ilhaqının 10-cu ildönümü ilə bağlı videomüraciətində deyib.
O bildirib ki, son illər Ukraynadan miras qalmış bir çox problemlər aradan qaldırılıb:
“Vəziyyətin sonrakı inkişafı göstərdi ki, bu qərar yeganə düzgün qərar idi. Bu, krımlıların həyatını, şərəf və ləyaqətini rusofob Kiyev rejiminin təcavüzlərindən qorumağa imkan verdi.
İnkişaf üçün aydın perspektivlərə malik olan krımlılar gələcəyə inamla və nikbinliklə baxa bilərlər. Krımda millətindən və dil seçimindən asılı olmayaraq, istisnasız olaraq bütün vətəndaşların hüquqlarına ciddi riayət olunur”.
- Bakıda ilanlar aktivləşir: Ən riskli ərazilər açıqlandı
- Belqrad və Bakı arasında birbaşa uçuşlar başladı
- Əli Həsənovun ərindən ayrılan qızı Dubayda nə iş görür?
- 27 sentyabr müşavirəsi: Nəcməddin buna etiraz edir...
- Səttar Möhbalıyevin oğlunun Dubaydakı mülkləri - FOTO
- Gədəbəyin prokurorunun xanımına nazirlikdə vəzifə verildi
- Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - Video
- Rusiyadan Bakıya uçan təyyarə Qazaxıstana təcili eniş etdi