Gürcüstanın ictimai-siyasi mühitində növbəti qalmaqal baş verib.
BUTA.TV yerli mediaya istinadən xəbər verir ki, Rusiya lideri Vladimir Putinə yaxınlığı ilə seçilən iş adamı, gürcü əsilli David Xidaşeli təxminən 4 il ərzində aylıq min lari maaşla Gürcüstan müdafiə nazirinin müşaviri olub.
Yayılan məlumatları Gürcüstan Müdafiə Nazirliyi də təsdiqləyib və bildirib ki, 2020-2024-cü illərdə Xidaşeli əvvəlcə İrakli Qaribaşvili, daha sonra isə Cuanşer Burçuladzenin müşaviri vəzifəsini icra edib.
Burçuladzenin açıqlamasına görə, Xidaşeli Azərbaycanla sərhəddə yerləşən Keşikçidağ məbədi (David Qareci) ilə bağlı məsələhətləşmələrdə iştirak edib və bununla bağlı onun fikirləri də öyrənilib.
Xidaşeli özü də informasiyanı təsdiqləyib. Onun sözlərinə görə, Gürcüstan-Azərbaycan sərhədinin demarkasiyası məsələləri ilə məşğul olub və məsləhətləşmələrə görə heç bir ödəniş almayıb.
Qeyd edək ki, Xidaşelinin belə bir mühüm vəzifəni icra etməsi Gürcüstan müxalif dairələrində etiraz doğurub. Belə ki, dövlət sirri sayılacaq məlumatların Rusiya vətəndaşının əlinə keçə biləcəyindən ciddi narahatlıq ifadə olunub.
- Bakıda ilanlar aktivləşir: Ən riskli ərazilər açıqlandı
- Belqrad və Bakı arasında birbaşa uçuşlar başladı
- Əli Həsənovun ərindən ayrılan qızı Dubayda nə iş görür?
- 27 sentyabr müşavirəsi: Nəcməddin buna etiraz edir...
- Səttar Möhbalıyevin oğlunun Dubaydakı mülkləri - FOTO
- Gədəbəyin prokurorunun xanımına nazirlikdə vəzifə verildi
- Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - Video
- Rusiyadan Bakıya uçan təyyarə Qazaxıstana təcili eniş etdi