Bakıda vətəndaşları işə düzəltmək adı altında aldadan şəxs saxlanılıb.
DİN-dən BUTA.TV-a bildirilib ki, Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının vətəndaşlardan daxil olan müraciətlər əsasında keçirdikləri tədbirlərlə dələduzluq etməkdə şübhəli bilinən 1963-cü il təvəllüdlü Hicran Şeyxov tutulub. Onun bir neçə şəxsin etimadından sui-istifadə etməklə müxtəlif dövlət qurumlarında işə düzəlməkdə köməklik edəcəyinə dair yalan vədlər verərək zərərçəkənlərin külli miqdarda pulunu ələ keçirdiyi müəyyən edilib.
H.Şeyxov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Onun əməllərindən zərər çəkən başqa şəxslər varsa, bu barədə DİN-in “102 - Zəng Mərkəzi”nə, eləcə də ərazi üzrə polis idarə, şöbə və ya bölmələrinə müraciət edə bilərlər.
- Əhməd xəstəxanadan qaçıb? - VİDEO
- Mehriban Əliyeva Avropa kubokunu izlədi
- Bakıda ilanlar aktivləşir: Ən riskli ərazilər açıqlandı
- Belqrad və Bakı arasında birbaşa uçuşlar başladı
- Əli Həsənovun ərindən ayrılan qızı Dubayda nə iş görür?
- 27 sentyabr müşavirəsi: Nəcməddin buna etiraz edir...
- Səttar Möhbalıyevin oğlunun Dubaydakı mülkləri - FOTO
- Gədəbəyin prokurorunun xanımına nazirlikdə vəzifə verildi