Bakıda keçirilən Qlobal Foruma müraciətində Böyük Britaniyanın Baş naziri Rişi Sunakın bir cümləsinə diqqət yetirməyə ehtiyac var. Rişi Sunak Azərbaycanın Ermənistanla onilliklərlə davam edən münaqişəyə son qoyması üçün tarixi fürsət yarandığını belə ifadə edib: “Noyabrda Bakıda keçiriləcək COP29-a qədər sülhün nail olunduğu Cənubi Qafqaz görmək daha önəmli hadisə olardı”. Rişi Sunak inandığını bildirib ki, COP29-a qədər Azərbaycanla Ermənistan sülhə nail olacaq.
BUTA.TV xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib.
Onun fikrincə, noyabr ayına qədər Azərbaycanla Ermənistan arasında sülhə nail olunması yalnız Rişi Sunakın istəyi deyil:
“Bu haqda Azərbaycanda da danışılır və qeyd edilir ki, noyabr ayında Bakıda keçiriləcək beynəlxalq iqlim dəyişikliyi toplantısına qədər Ermənistanla sülh sazişinin imzalanması hamı üçün faydalı olar. Belə olarsa, Bakıdakı toplantıya Ermənistan rəhbərliyi də qatıla bilər. Ancaq bunun reallaşması üçün ilk növbədə kəndlər məsələsi həll olunmalı və Ermənistanın Baş naziri Nikol Paşinyan bəyan etdiyi kimi Konstitusiyanı yeniləməli və orada ərazi iddialarını əks etdirən bəndləri çıxarmalıdır. Noyabr ayına qədər Azərbaycanla sülh və ya çərçivə sazişi imzalaması Ermənistan üçün yaxşı fürsətə çevrilə bilər. Birincisi, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını tərk etməyə hazırlaşan Ermənistan Azərbaycanla saziş imzalayarsa, İrəvanın uzaq ölkələrdən Rusiyaya alternativ təhlükəsizlik təminatı axtarmasına ehtiyacı qalmayacaq. İkincisi, Ermənistan Azərbaycanın müəllifi olduğu regional layihələrə qoşulmaq imkanı qazanacaq”.
- Əhməd xəstəxanadan qaçıb? - VİDEO
- Mehriban Əliyeva Avropa kubokunu izlədi
- Bakıda ilanlar aktivləşir: Ən riskli ərazilər açıqlandı
- Belqrad və Bakı arasında birbaşa uçuşlar başladı
- Əli Həsənovun ərindən ayrılan qızı Dubayda nə iş görür?
- 27 sentyabr müşavirəsi: Nəcməddin buna etiraz edir...
- Səttar Möhbalıyevin oğlunun Dubaydakı mülkləri - FOTO
- Gədəbəyin prokurorunun xanımına nazirlikdə vəzifə verildi