Juninyonun sabah əsas heyətdə olub-olmaması hələ bilinmir. Məşqdən sonra dəqiq bilinəcək. Hazırda başqa hücumçu gətirmək barədə düşünmək düzgün deyil. Komandada yetərincə futbolçu var.
BUTA.TV Offsideplus.az-a istinadən xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının 1/8 finalı üzrə “Bayer 04″lə oyun öncəsi mətbuat konfransında “Juninyo zədələnəndə onu əvəz etməyə oyunçu yoxdur. Ötən mövsüm yaxşı oyun nümayiş etdirən Musa Qurbanlını geri qaytarmaq mümkündür” sualına cavab olaraq deyib.
"Həmin mövqedə istənilən oyunçudan istifadə edə bilərik. Musanın qayıtması müzakirə mövzusu deyil. Bu gün fikrimiz sırf “Bayer”lə oyuna və çempionata yönəlib. Dediyiniz mövzu yay transfer pəncərəsinə aiddir”.
Qeyd edək ki, “Bayer 04” – “Qarabağ” oyunu sabah Bakı vaxtı ilə saat 23:59-da start götürəcək.
- Əhməd xəstəxanadan qaçıb? - VİDEO
- Mehriban Əliyeva Avropa kubokunu izlədi
- Bakıda ilanlar aktivləşir: Ən riskli ərazilər açıqlandı
- Belqrad və Bakı arasında birbaşa uçuşlar başladı
- Əli Həsənovun ərindən ayrılan qızı Dubayda nə iş görür?
- 27 sentyabr müşavirəsi: Nəcməddin buna etiraz edir...
- Səttar Möhbalıyevin oğlunun Dubaydakı mülkləri - FOTO
- Gədəbəyin prokurorunun xanımına nazirlikdə vəzifə verildi