İşğaldan azad olunan Zəngilanda həyat yenidən canlanır. İllərdir Vətən həsrəti ilə yaşayan Ağalı sakinləri artıq bayramları öz doğma kəndində qarşılayır. Bu gün isə sakinlər Ağalıda Yel çərşənbəsinin tonqalını alovlandırıb.
BUTA.TV xəbər verir ki, Ağalı kəndində Yel çərşənbəsi də yaddaqalan keçib. Yel çərşənbəsində keçəl və kosa uşaqlara əyləncəli anlar yaşadıb, öz boxçalarından onlara şəkərbura, paxlava, qoğal və digər şirniyyatlar hədiyyə ediblər. Həmçinin yumurta döyüşdürüb, digər oyunlar oynayıblar.
Kəndin mərkəzində Yel çərşənbəsinin tonqalı alovlandırılıb, yallı və şən musiqi sədaları altında rəqslər olub.
Qeyd edək ki, Böyük Qayıdış layihəsi çərçivəsində Ağalıda 175 ailə olmaqla, 871 nəfərin məskunlaşması təmin olunub.
- Əhməd xəstəxanadan qaçıb? - VİDEO
- Mehriban Əliyeva Avropa kubokunu izlədi
- Bakıda ilanlar aktivləşir: Ən riskli ərazilər açıqlandı
- Belqrad və Bakı arasında birbaşa uçuşlar başladı
- Əli Həsənovun ərindən ayrılan qızı Dubayda nə iş görür?
- 27 sentyabr müşavirəsi: Nəcməddin buna etiraz edir...
- Səttar Möhbalıyevin oğlunun Dubaydakı mülkləri - FOTO
- Gədəbəyin prokurorunun xanımına nazirlikdə vəzifə verildi