Danışıqlar masasında baş verənlərlə bağlı çox şey açmayacam, çünki onsuz da danışıqlar otağında atmosfer çox müsbət deyil və şərhlər mövcud potensialı azalda bilər.
BUTA.TV xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
“29.800 kvadrat kilometrə aid olan bir epizoddan danışacağam. Danışıqlar bir-birinin ərazi bütövlüyünü tanımaq zərurətini gündəmə gətirəndə Azərbaycan Ermənistanın ərazi bütövlüyünü tanıdığını və heç bir ərazi iddiası olmadığını bəyan etdi. Niyə söhbətlər davam edir? Bir sadə səbəbə görə. Brüsseldəki danışıqlarda belə bir sual yarandı: Azərbaycan Ermənistanın ərazi bütövlüyü dedikdə nəyi nəzərdə tutur? Ermənistan Azərbaycanın ərazi bütövlüyündən danışanda nəyi nəzərdə tutur? O cümlədən, Azərbaycan tərəfi Ermənistanın dövlət orqanlarının internet saytlarında Ermənistanın ərazisinin 29 800 kvadrat kilometrdən az - 29 743 göstərilməsinə diqqətimizi çəkib. Eyni şey Azərbaycana da aiddir, rəqəm yuvarlaqlaşdırılıb. Məhz bu rəqəmlərlə bağlı aparılan müzakirələrə görə müəyyən gərginliklər yaranıb”, - Paşinyan bildirib.
- Əhməd xəstəxanadan qaçıb? - VİDEO
- Mehriban Əliyeva Avropa kubokunu izlədi
- Bakıda ilanlar aktivləşir: Ən riskli ərazilər açıqlandı
- Belqrad və Bakı arasında birbaşa uçuşlar başladı
- Əli Həsənovun ərindən ayrılan qızı Dubayda nə iş görür?
- 27 sentyabr müşavirəsi: Nəcməddin buna etiraz edir...
- Səttar Möhbalıyevin oğlunun Dubaydakı mülkləri - FOTO
- Gədəbəyin prokurorunun xanımına nazirlikdə vəzifə verildi