Ölkə ərazisinə narkotik vasitələri keçirməyə cəhd edən şəxs saxlanılıb.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən BUTA.TV-a verilən məlumata görə, mart ayının 6-da saat 19:50-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində naməlum şəxsin dövlət sərhədini pozması müşahidə edilib. Sərhəd zastavası dərhal “Silaha” komandası üzrə qaldırılıb, xidməti ərazi qapadılıb, sərhəd pozucusu sərhəd naryadı tərəfindən saxlanılıb.
Araşdırma zamanı saxlanılan şəxsin İran İslam Respublikası vətəndaşı 1983-cü il təvəllüdlü Ağaməhəmməd Tohid Mirməhəbbətəli olması müəyyən edilib və üzərindəki bağlamaya baxış keçirilərkən ümumi çəkisi 6 kiloqram 275 qram narkotik vasitə (4 kq 995 qr metamfetamin, 1 kq 280 qr marixuana) aşkar olunaraq götürülüb.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
- Əhməd xəstəxanadan qaçıb? - VİDEO
- Mehriban Əliyeva Avropa kubokunu izlədi
- Bakıda ilanlar aktivləşir: Ən riskli ərazilər açıqlandı
- Belqrad və Bakı arasında birbaşa uçuşlar başladı
- Əli Həsənovun ərindən ayrılan qızı Dubayda nə iş görür?
- 27 sentyabr müşavirəsi: Nəcməddin buna etiraz edir...
- Səttar Möhbalıyevin oğlunun Dubaydakı mülkləri - FOTO
- Gədəbəyin prokurorunun xanımına nazirlikdə vəzifə verildi