Azərbaycanla quru sərhədlərin açılması qonşu ölkədən Gürcüstana gələnlərin sayının artmasına təsir göstərəcək.
BUTA.TV xəbər verir ki, bu barədə Gürcüstan xarici işlər naziri İlya Darçiaşvili deyib.
Nazirin sözlərinə görə, Azərbaycanın sərhədlərlə bağlı konkret arqumentləri var:
“Bilirik ki, səbəblərdən biri koronavirus idi, təhlükəsizlik baxımından bağlanmışdı. Daha sonra təhlükəsizlik nöqteyi-nəzərindən regionda hadisələr inkişaf etdi, ona görə Azərbaycanın nə üçün belə qərar verdiyini deyə bilmərəm. Əgər bu yöndə müsbət qərar qəbul edilərsə, Azərbaycan vətəndaşlarının Gürcüstana gəlişi asanlaşacaq və biz bunu alqışlayacağıq”.
Bundan öncə Gürcüstan iqtisadiyyat nazirinin müavini Mariam Kvirikaşvili bildirmişdi ki, quru sərhədlərinin bağlı olması səbəbindən Gürcüstan 1,5 milyon turist itirib.
Qeyd edək ki, Azərbaycanda xüsusi karantin rejiminin müddəti iyulun 1-nə qədər uzadılıb. Növbəti qəraradək quru sərhədləri bağlı olacaq.
- Əhməd xəstəxanadan qaçıb? - VİDEO
- Mehriban Əliyeva Avropa kubokunu izlədi
- Bakıda ilanlar aktivləşir: Ən riskli ərazilər açıqlandı
- Belqrad və Bakı arasında birbaşa uçuşlar başladı
- Əli Həsənovun ərindən ayrılan qızı Dubayda nə iş görür?
- 27 sentyabr müşavirəsi: Nəcməddin buna etiraz edir...
- Səttar Möhbalıyevin oğlunun Dubaydakı mülkləri - FOTO
- Gədəbəyin prokurorunun xanımına nazirlikdə vəzifə verildi