Fransada Azərbaycan şairi Xurşidbanu Natəvanın heykəlinə qarşı vandallığın ardınca daha bir vəhşilik baş verib.
Kult.az xəbər verir ki, La Roş-syur-Yon şəhərində yəhudi-fransız əsilli siyasətçi və yazıçı Simon Veylin abidəsi təhqir edilib.
Vandallar abidənin yanına qırmızı boya töküblər, körpə gəlinciklər atıblar.
Qeyd edək ki, Simon Veyl həm də Fransanın keçmiş həmrəylik və səhiyyə naziri olub.
Xatırladaq ki, yanvar ayında Azərbaycanın tanınmış şairi Xurşidbanu Natəvanın Fransanın Evian lö Bən şəhərindəki heykəli vandalların hücumuna məruz qalmışdı. Heykəlin üzərinə qırmızı boya atılmaqla yanaşı (heykəlin gözləri, adının və Azərbaycan yazısının yazıldığı hissələrinə qırmızı boya çəkilib), onun özünə də zərər verilib (heykəlin burnu və barmaqları qırılıb).
- Əhməd xəstəxanadan qaçıb? - VİDEO
- Mehriban Əliyeva Avropa kubokunu izlədi
- Bakıda ilanlar aktivləşir: Ən riskli ərazilər açıqlandı
- Belqrad və Bakı arasında birbaşa uçuşlar başladı
- Əli Həsənovun ərindən ayrılan qızı Dubayda nə iş görür?
- 27 sentyabr müşavirəsi: Nəcməddin buna etiraz edir...
- Səttar Möhbalıyevin oğlunun Dubaydakı mülkləri - FOTO
- Gədəbəyin prokurorunun xanımına nazirlikdə vəzifə verildi