Türkiyə Superliqasında 29-cu turun növbəti oyunları keçirilib.
BUTA.TV xəbər verir ki, ikinci oyun günündə dörd qarşılaşma baş tutub.
Azərbaycan millisinin üzvü Şahruddin Məhəmmədəliyevin çıxış etdiyi "Adana Dəmirspor" səfərdə "Konyaspor"la qarşılaşıb. Yığmanın qapıçısının əsas heyətdə oynadığı görüş 2:2 hesabı ilə yekunlaşıb.
“Trabzonspor” isə doğma meydanda “Fatih Karagümrük”lə üz-üzə gəlib. Hesabı İstanbul təmsilçisi açsa da, “Bordo-mavililər” geridönüş edərək üç xala 5 qolla nail olub - 5:1.
Günün digər oyunlarında “Alanyaspor” “Sivasspor”u 2:1, “Başakşəhər” isə “Antalyaspor”u 1:0 hesabları ilə məğlub edib.
Qeyd edək ki, turnir cədvəlinə 78 xalla “Qalatasaray” başçılıq edir. Bir oyun az keçirən “Fənərbağça” 73 xalla 2-ci, 49 xalı olan “Trabzonspor” isə üçüncü pillədə qərarlaşıb.
- Əhməd xəstəxanadan qaçıb? - VİDEO
- Mehriban Əliyeva Avropa kubokunu izlədi
- Bakıda ilanlar aktivləşir: Ən riskli ərazilər açıqlandı
- Belqrad və Bakı arasında birbaşa uçuşlar başladı
- Əli Həsənovun ərindən ayrılan qızı Dubayda nə iş görür?
- 27 sentyabr müşavirəsi: Nəcməddin buna etiraz edir...
- Səttar Möhbalıyevin oğlunun Dubaydakı mülkləri - FOTO
- Gədəbəyin prokurorunun xanımına nazirlikdə vəzifə verildi