Fransa Moldova ilə müdafiə sazişi imzalayıb.
BUTA.TV xəbər verir ki, bu barədə “Faynənşl Tayms” məlumat yayıb.
Bildirilib ki, sazişə Fransa hərbi nümayəndəsinin Moldovada yerləşdirilməsi, eləcə də silah təchizatı və təlim proqramları daxildir.
Paris Moldovanın enerji layihələrinə, təbii sərvətlərinə və dəmir yolu nəqliyyatına da sərmayə qoyacağını vəd edib.
Makron bəyan edib ki, Paris Moldovanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünü sarsılmaz şəkildə dəstəkləməyə davam edəcək.
Qeyd edək ki, Fransa liderinin bu addımı Dnestryanı və Qaqauziyanın Rusiyadan yardım istəməsi fonunda atması diqqət çəkib. Ehtimal edilir ki, Moldovaya Rusiyanın müdaxiləsi üçün siyasi zəmin artıq hazırlanıb.
- 66 yaşlı kişi hamamda yıxılaraq öldü
- İçərişəhərdə qala divarları bərpa edildi - Video
- Əhməd xəstəxanadan qaçıb? - VİDEO
- Mehriban Əliyeva Avropa kubokunu izlədi
- Bakıda ilanlar aktivləşir: Ən riskli ərazilər açıqlandı
- Belqrad və Bakı arasında birbaşa uçuşlar başladı
- Əli Həsənovun ərindən ayrılan qızı Dubayda nə iş görür?
- 27 sentyabr müşavirəsi: Nəcməddin buna etiraz edir...