Martın 7-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf Rusiya Federasiyasının Tatarıstan Respublikasının “Tatneft” Publik Səhmdar Cəmiyyətinin (PSC) baş direktoru Nail Maqanov ilə görüşüb.
BUTA.TV xəbər verir ki, səfər çərçivəsində SOCAR ilə “Tatneft” PSC arasında neft-kimya sahəsində qarşılıqlı fəaliyyətə dair saziş və neft yatağında birgə işlərə dair anlaşma memorandumu imzalanıb, insan kapitalının inkişaf etdirilməsi və bu istiqamət üzrə perspekiv birgə hədəflər barədə müzakirələr aparılıb.
Azərbaycan nümayəndə heyəti, həmçinin “TANEKO” neft emalı və neft-kimya zavodu kompleksində, habelə “Tatneft” PSC-nin digər müəssisələrində istehsalat prosesi ilə tanış olub.
- Sabah hava necə olacaq?
- TIR-la “Mersedes” toqquşdu: ölən var - Foto
- Kəndlərdə doludur: qramı 100 manata satılır - Foto
- Subbakalavrların ali təhsil müəssisələrinə qeydiyyatı başladı
- DTX-nin saxladığı şəxsə hökm oxundu
- “Azərlotereya” “Bakı Marafonu 2026”nın tərəfdaşı oldu
- Kəndlidən ucuz alınır, Bakıda bir neçə dəfə baha satılır - Səbəb
- Ağgöldən möhtəşəm görüntülər - Video