İnanırdıq ki, Prezidentimiz İlham Əliyev Ruslanın ölkəmizə gətirilməsinə nail olacaq.
Bu sözləri BUTA.TV-a açıqlamasında Ruslan Pənahovun atası Eldəniz Pənahov ötən gün Ermənistan İstintaq Komitəsinin Ruslana qarşı cinayət təqibini ləğv etməsi haqqında danışarkən deyib.
O bildirib ki, dünən gecə yayılan xəbərə görə bütün ailə, doğmalar sevinc içindədir:
“Bu sevinci ifadə edə bilmərəm. Düzdür, hələlik azad olunması, Azərbaycana gətirilməsi ilə bağlı rəsmi bir xəbər yoxdur. İnşallah, Prezident İlham Əliyev oğlum Ruslanı vətənimizə gətirəcək. Hamımız Ruslandan xəbər gözləyirik”.
Qeyd edək ki, fevralın 28-də duman səbəbindən yolu azaraq Ermənistanla şərti sərhədi keçən və saxlanılan Azərbaycan əsgəri Ruslan Eldəniz oğlu Pənahov barəsində Ermənistan istintaq Komitəsi cinayət təqibinə xitam verilib. Ermənistan Milli Təhlükəsizlik Xidməti isə bəyan edib ki, İrəvan əsgəri Azərbaycan tərəfinə təhvil vermək qərarına gəlib.
- “Mersedes”lə “Opel” toqquşdu: Ölən var - Foto
- Xəzərdə zəlzələ oldu
- Məşhur generala professor adı verildi
- Yaxın gələcəkdə: Marsda gəzəcəyik, pul olmayacaq...
- Bir məktəbin iki şagirdi maksimum bal topladı
- ADU-da “Heydər Əliyev və Azərbaycan modeli” konfransı...
- Kirayədə yaşayanlara 300 manat cərimə
- Səhhəti pisləşən Aygün Kazımova konsertini təxirə saldı