Türkiyə Silahlı Qüvvələrinin son dövrdə həm ölkə daxilində, həm də xaricində həyata keçirdiyi uğurlu əməliyyatlar nəticəsində terror təşkilatlarına sarsıdıcı zərbə vurulub. Qadağan olunmuş təşkilatların yaraqlılarının fəaliyyəti faktiki olaraq sıfıra endirilib.
BUTA.TV xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Yaşar Gülər martın 4-də Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Mətin Gürakın və Qoşun generallarının iştirakı ilə keçirilən müşavirədə bildirib.
“Regionda və bütövlükdə dünyada, mühüm əhəmiyyətə malik proseslər baş verir. Mövcud vəziyyətdə məqsədimiz Türkiyənin maraqlarını və təhlükəsizliyini mümkün qədər tam qorumaqdan ibarətdir”, - Gülər qeyd edib.
- Qanunsuz saxlanılan 7 silah aşkarlandı
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Bu ölkə ilə həftəlik uçuşlarımızın sayı 10-a çatır
- Ər arvadını balta ilə öldürdü
- Tanınmış geoloqun xanımı nazirliyi məhkəməyə verdi
- Sərxoş şəxsin telefonunu və pulunu oğurladı – Anbaan video
- Culfa rayonunda kanaldan meyit tapıldı
- Bakıda və bölgələrdə külək güclənəcək - Xəbərdarlıq