Ukrayna Müdafiə Qüvvələrində yeni kadr təyinatları olub.
BUTA.TV xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski Teleqram kanalında yazıb.
“Cəbhədəki döyüş komandirləri həll yollarının işlənib hazırlanmasına cəlb olunurlar. Bu gün (ötən gün - red.) mən Müdafiə Qüvvələri üçün bir sıra zəruri yeni kadr təyinatları ilə razılaşdım və imzaladım", - Zelenski bildirib.
Lakin o, hansı dəyişikliklərin edildiyi barədə məlumat verməyib.
Qeyd edək ki, ötən gün səhər saatlarında Ukrayna Prezidentinin Ofisinin saytında Ukrayna Silahlı Qüvvələrinin komandanı Dmitri Gereqanın vəzifəsindən azad edilməsi və onun yerini Aleksandr Yakovetsin tutması barədə məlumat yayılıb.
- Qanunsuz saxlanılan 7 silah aşkarlandı
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Bu ölkə ilə həftəlik uçuşlarımızın sayı 10-a çatır
- Ər arvadını balta ilə öldürdü
- Tanınmış geoloqun xanımı nazirliyi məhkəməyə verdi
- Sərxoş şəxsin telefonunu və pulunu oğurladı – Anbaan video
- Culfa rayonunda kanaldan meyit tapıldı
- Bakıda və bölgələrdə külək güclənəcək - Xəbərdarlıq