Rusiya prezidentliyinə namizəd, Liberal Demokrat Partiyasının rəhbəri, Dumanın komitə sədri Leonid Slutski Luqanskda Avdeyevka əməliyyatında iştirak edən rusiyalı hərbçilərlə görüşüb.
BUTA.TV Rusiya mediasına istinadən xəbər verir ki, o, Avdeyevkanın nəzarətə götürülməsindən dolayı hərbçiləri təbrik edib.
Slutski vurğulayıb ki, Stalinqrad və Kursk döyüşləri Böyük Vətən müharibəsi tarixinə düşdüyü kimi, Avdeyevka əməliyyatı da “xüsusi hərbi əməliyyat”ın tarixinə həkk olunacaq.
O, həmçinin Ukraynada döyüş əməliyyatlarının bu il Rusiyanın qələbəsi ilə yekunlaşacağını bildirib.
Partiya lideri əlavə edib ki, əməliyyatların başa çatması üçün Xerson, bütün sağ sahil, Kramatorsk, Slavyansk, Svyatoqorsk və Liman “azad edilməlidir”.
- Bakıda itkin düşən kişinin meyiti göldə tapıldı
- "Xruşşovka"lar niyə bahalaşır?
- Azərbaycan hərbçiləri Türkiyədə bunker və mağaralarda... - Video
- Ucuz mebel satışı adı ilə dələduzluq: saxlanılan var - Video
- Tovuzda qadın ərinin məzarı başında öldü
- Sabah hava necə olacaq?
- Bakıda dəhşətli qəza: maşın iki qadını vurdu - Anbaan video
- AZAL Dubaya uçuşları bərpa edir