İsrailin fövqəladə kabinetinin üzvü Benni Qantz ABŞ-a gedib.
BUTA.TV “Tayms of İsrail”ə istinadla xəbər verir ki, Qantsın bu gün ABŞ-ın vitse-prezidenti Kamala Harris, milli təhlükəsizlik üzrə müşavir Ceyk Sullivan və Ağ Evin Yaxın Şərq üzrə müşaviri Brett Makqark ilə görüşü planlaşdırılır.
Onun ikinci gün ABŞ Dövlət katibi Entoni Blinkenlə görüşü nəzərdə tutulub. Daha sonra Qantz Londona uçmağı və xarici işlər naziri Devid Kemeron və digər rəsmilərlə görüşməyi planlaşdırır.
Bildirilir ki, Baş nazir Netanyahu Qantzın onun icazəsi olmadan səfərə çıxmasından əsəbiləşib və ABŞ səfirinə onun görüşlərinə dəstək olmamağı tapşırıb.
- Bakıda itkin düşən kişinin meyiti göldə tapıldı
- "Xruşşovka"lar niyə bahalaşır?
- Azərbaycan hərbçiləri Türkiyədə bunker və mağaralarda... - Video
- Ucuz mebel satışı adı ilə dələduzluq: saxlanılan var - Video
- Tovuzda qadın ərinin məzarı başında öldü
- Sabah hava necə olacaq?
- Bakıda dəhşətli qəza: maşın iki qadını vurdu - Anbaan video
- AZAL Dubaya uçuşları bərpa edir