Çin xaricə texnika ixracını ikiqat artıra bilər.
BUTA.TV Musavat.com-a istinadən xəbər verir ki, Pekinin bu addımı beynəlxalq bazarda yeni “Çin şoku”na səbəb olacaq.
Nəşr qeyd edir ki, Pekin hazırda avtomobil, mexanizm və məişət texnikası istehsalını aktiv şəkildə artırır. Bu, ölkədə iqtisadi artım sürətinin azalmasının qarşısını almaq üçün əsas yoldur. Daxili bazarın həddindən artıq doyması səbəbindən bu məhsullarını ixracı getdikcə sürətlənir. 1990-cı illərin sonu və 2000-ci illərin əvvəllərində Pekin bu yolla aşağı inflyasiyanı saxlamağa nail olub. İqtisadçılar Çinin hazırkı istehsal fəaliyyətinin inflyasiyanın daha da aşağı düşməsinə kömək edəcəyini deyirlər.
Nəşr yazır ki, ABŞ, Avropa və Yaponiya Çinin hərəkətlərini dəstəkləmir, çünki keçmişdə bu, onların ərazisində bir çox sənaye sahələrinin iflasına səbəb olub. Beləliklə, onlar strateji sənayeləri dəstəkləmək üçün milyardlarla dollar ayırır, Çindən idxala tariflər tətbiq edirlər.
- Bakıda itkin düşən kişinin meyiti göldə tapıldı
- "Xruşşovka"lar niyə bahalaşır?
- Azərbaycan hərbçiləri Türkiyədə bunker və mağaralarda... - Video
- Ucuz mebel satışı adı ilə dələduzluq: saxlanılan var - Video
- Tovuzda qadın ərinin məzarı başında öldü
- Sabah hava necə olacaq?
- Bakıda dəhşətli qəza: maşın iki qadını vurdu - Anbaan video
- AZAL Dubaya uçuşları bərpa edir