Alman hərbçilər müxtəlif ssenariləri müzakirə ediblər, lakin bu, Ukrayna ordusuna “Taurus” qanadlı raketlərinin tədarükü üçün "yaşıl işıq" demək deyil.
BUTA.TV xəbər verir ki, bunu Almaniyanın müdafiə naziri Boris Pistorius yüksək rütbəli alman hərbçilər arasında Krım körpüsünə hücum planları ilə bağlı söhbətin səs yazısının yayılması ilə bağlı deyib.
"Düşünürəm ki, hərbçilər orada etməli olduqlarını ediblər. Onlar müxtəlif ssenarilər üzərində düşünür, amma heç bir şəkildə planlaşdırma aparmırlar. Nə mən, nə də kansler "Taurus" istifadəsinə yaşıl işıq yandırdıq", - o bildirib.
Müdafiə nazirinin sözlərinə görə, hərbçilər sonda hansı ssenarilərdən danışa biləcəkləri barədə düşünməyə başlayıblar:
"Bu, idarəçi kimi onların işidir".
Qeyd edək ki, rusiyalı jurnalist Marqarita Simonyanın yaydığı səs yazısında Almaniya Hərbi Hava Qüvvələrinin zabitlərinin müdafiə naziri Boris Pistorius üçün Ukraynada “Taurus” raketlərindən istifadənin mümkünlüyü barədə hesabat hazırladıqları əks olunub. Zabitlər açıq şəkildə Ukraynada Amerika və Böyük Britaniya hərbçilərinin olması, eləcə də Krım körpüsünə hücum məqsədilə Almaniyada Ukrayna hərbçilərinə “Taurus” raketlərindən istifadə etmək üçün təlim keçmək imkanlarından danışırlar.
Rusiya rəsmiləri buna kəskin reaksiya veriblər.
- Bakıda itkin düşən kişinin meyiti göldə tapıldı
- "Xruşşovka"lar niyə bahalaşır?
- Azərbaycan hərbçiləri Türkiyədə bunker və mağaralarda... - Video
- Ucuz mebel satışı adı ilə dələduzluq: saxlanılan var - Video
- Tovuzda qadın ərinin məzarı başında öldü
- Sabah hava necə olacaq?
- Bakıda dəhşətli qəza: maşın iki qadını vurdu - Anbaan video
- AZAL Dubaya uçuşları bərpa edir