“Qarabağ”ın gənc üzvü Nəriman Axundzadə klubdan gedə bilər.
BUTA.TV Baku.Tv-yə istinadən xəbər verir ki, Avropa Liqasının 1/16 finalında “Braqa”ya vurduğu qolla “köhlən atlar”ın qələbəsində əsas pay sahibi olan N.Axundzadəni “Başakşehir” kollektivi yaxından izləyir.
Türkiyə komandası 19 yaşlı futbolçu üçün ağdamlılarla danışıqlara başlamaq niyyətindədir. Lakin “Qarabağ”ın bu keçidə necə yanaşacağı isə hələ ki, məlum deyil.
Qeyd edək ki, “Qarabağ”ın yetirməsi olan Nəriman Axundzadə 2022-ci ildən əsas heyətdə çıxış edir. Bu müddət ərzində 40 matçda meydana çıxan və səkkiz qola imza atan forvard Ağdam təmsilçisi ilə ölkə çempionatında da qalib gəlib.
- Bakıda itkin düşən kişinin meyiti göldə tapıldı
- "Xruşşovka"lar niyə bahalaşır?
- Azərbaycan hərbçiləri Türkiyədə bunker və mağaralarda... - Video
- Ucuz mebel satışı adı ilə dələduzluq: saxlanılan var - Video
- Tovuzda qadın ərinin məzarı başında öldü
- Sabah hava necə olacaq?
- Bakıda dəhşətli qəza: maşın iki qadını vurdu - Anbaan video
- AZAL Dubaya uçuşları bərpa edir