"Hizbullah" milisinin döyüşçülərinin Qərbi Qalileydəki yaşayış məntəqələrinə hücumundan sonra İsrail artilleriyası Livan ərazisini intensiv atəşə tutub.
BUTA.TV xəbər verir ki, bu barədə "Al Wataniya" məlumat yayıb.
Məlumata görə, İsrail əsgərləri Vazzani çayı vadisində Livan kəndlərinə zərbələr endirərkən fosforlu sursatlardan istifadə ediblər:
"Nəticədə bəzi yerlərdə zeytun bağları və meşə plantasiyaları yanıb. Dinc sakinlər arasında itkilər var.
Zərbələrə məruz qalan əraziyə Livan Qızıl Xaç Cəmiyyətinin təcili yardım maşınları göndərilib".
- Bakıda itkin düşən kişinin meyiti göldə tapıldı
- "Xruşşovka"lar niyə bahalaşır?
- Azərbaycan hərbçiləri Türkiyədə bunker və mağaralarda... - Video
- Ucuz mebel satışı adı ilə dələduzluq: saxlanılan var - Video
- Tovuzda qadın ərinin məzarı başında öldü
- Sabah hava necə olacaq?
- Bakıda dəhşətli qəza: maşın iki qadını vurdu - Anbaan video
- AZAL Dubaya uçuşları bərpa edir