TV8 kanalının rəhbəri və tanınmış aparıcı Acun İlıcalı ona uğurlar gətirən xüsusiyyətlərindən danışıb.
BUTA.TV Publika.az-a istinadən xəbər verir ki, o, bu barədə Antalya Diplomatiya Forumunda çıxışı zamanı danışıb.
Forumun Gənclik sessiyasında məruzəçi kimi iştirak edən məşhur media maqnatı gənclərə uğur sirlərindən danışıb. O, verdiyi bütün qərarlarda riskə getməyi sevdiyini etiraf edib və "Uğurlarınızı nəyə borclusunuz?" sualına bu cavabı verib:
"Karyeramda irəlilədikcə qərarlarımda maliyyə məsələlərini ön planda saxlamadım, verdiyim qərarların hamısında riskə getdim.
Həmçinin 30 yaşına qədər edə biləcəyiniz ən vacib şey həqiqi dostlar tapmaqdır. Yalnızlaşmayın. Əgər dostlarınızı səhv seçmisinizsə, dərhal dəyişdirin".
Qeyd edək ki, 4500 nəfərin qatıldığı Antalya Diplomatiya Forumunda 19 dövlət başçısı, 73 nazir və 57 beynəlxalq nümayəndə iştirak edib.
- Bakıda itkin düşən kişinin meyiti göldə tapıldı
- "Xruşşovka"lar niyə bahalaşır?
- Azərbaycan hərbçiləri Türkiyədə bunker və mağaralarda... - Video
- Ucuz mebel satışı adı ilə dələduzluq: saxlanılan var - Video
- Tovuzda qadın ərinin məzarı başında öldü
- Sabah hava necə olacaq?
- Bakıda dəhşətli qəza: maşın iki qadını vurdu - Anbaan video
- AZAL Dubaya uçuşları bərpa edir