Çeçenistan rəhbəri Ramzan Kadırov Rusiya lideri Putinin federal məclisdə çıxışını qaçırıb.
BUTA.TV xəbər verir ki, buna görə də media onun fevralın 23-dən Mərkəzi Klinik Xəstəxanada (CDB) olması və növbəti müalicə kursu keçməsi haqda iddia yayıb.
VÇQ-OQPU (ВЧК-ОГПУ) Teleqram kanalı yazıb ki, Kadırovun müalicə üçün Mərkəzi Klinik Xəstəxanaya getməsinə ehtiyac yoxdur. Belə ki, ötən il yayın sonunda Qroznıya yalnız bir nəfərin ehtiyacları üçün xüsusi palata yaratmaq niyyəti ilə çox bahalı və ən müasir tibbi avadanlıq gətirilib. Bu, sanksiyalar altında mürəkkəb və uzunmüddətli “əməliyyat” olub.
İddiaya görə, artıq Mərkəzi Klinik Xəstəxananın həkimlərə Kadırova ehtiyac olanda Qroznıya uçurlar. Bu, Kadırovun müalicə almasını gizli saxlamağa da imkan verir.
- Bakıda itkin düşən kişinin meyiti göldə tapıldı
- "Xruşşovka"lar niyə bahalaşır?
- Azərbaycan hərbçiləri Türkiyədə bunker və mağaralarda... - Video
- Ucuz mebel satışı adı ilə dələduzluq: saxlanılan var - Video
- Tovuzda qadın ərinin məzarı başında öldü
- Sabah hava necə olacaq?
- Bakıda dəhşətli qəza: maşın iki qadını vurdu - Anbaan video
- AZAL Dubaya uçuşları bərpa edir