Ağdam rayonunun Əhmədağalı kəndi ərazisində minaya düşərək yaralanan Bəxtiyar Abbasov Bərdə Rayon Mərkəzi Xəstəxanasının təcili tibbi yardım şöbəsinə yerləşdirilib.
BUTA.TV xəbər verir ki, bu barədə Report-a yaralının yaxınları məlumat verib. Qeyd olunub ki, hazırda əməliyyatda olan Bəxtiyar Abbasovun vəziyyəti ağır qiymətləndirilir.
Qeyd edək ki, martın 3 - də Ağdam rayonunun Əhmədağalı kəndi ərazisində 1995-ci il təvəllüdlü Abbasov Bəxtiyar Yaqub oğlunun mina partlayışı nəticəsində xəsarət alıb. Hazırda faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.
- Bakıda itkin düşən kişinin meyiti göldə tapıldı
- "Xruşşovka"lar niyə bahalaşır?
- Azərbaycan hərbçiləri Türkiyədə bunker və mağaralarda... - Video
- Ucuz mebel satışı adı ilə dələduzluq: saxlanılan var - Video
- Tovuzda qadın ərinin məzarı başında öldü
- Sabah hava necə olacaq?
- Bakıda dəhşətli qəza: maşın iki qadını vurdu - Anbaan video
- AZAL Dubaya uçuşları bərpa edir