"Novxanıda yolun üstündə bir məscid var. Onun yanında da məscidin axundunun evi var. Axundun evi məsciddən gözəldir. Axundların evlərinə, villarına baxın. Başım çıxmır ki, onları necə tikirlər.
BUTA.TV xəbər verir ki, bu sözləri müğənni Niyam Salami yutub səhifəsində paylaşdığı videoda deyib. Sənətçi illərdir səhnədə olmasına baxmayaraq villa tikə bilmədiyini bildirib:
"Mən müğənniyəm, restoran işlədirəm, amma kartımda 550 manat pul var. İllərdir səhnədəyəm, başımdan pul səpirlər, amma mən villa tikə bilmirəm. Axundun, mollanın necə villası ola bilər? Hasarın mənim evimin qiymətindədir. Bu necə ola bilər? Dindən əyri istifadə edirsiniz, utanırsınız? Sizə rəhmət düşməyəcək! Villa tikən mollalar o dünyada necə yaşayacaq bilmirəm".
- Bakıda itkin düşən kişinin meyiti göldə tapıldı
- "Xruşşovka"lar niyə bahalaşır?
- Azərbaycan hərbçiləri Türkiyədə bunker və mağaralarda... - Video
- Ucuz mebel satışı adı ilə dələduzluq: saxlanılan var - Video
- Tovuzda qadın ərinin məzarı başında öldü
- Sabah hava necə olacaq?
- Bakıda dəhşətli qəza: maşın iki qadını vurdu - Anbaan video
- AZAL Dubaya uçuşları bərpa edir