Müğənni Nadir Qafarzadə sosial şəbəkə hesabında canlı yayımda giley-güzar edib.
BUTA.TV lent.az-a istinadla xəbər verir ki, müğənni ad çəkmədən hədəf aldığı məşhurlar barədə ağır ifadələr işlədib. "Hansı sosial şəbəkəni açırsan, 3 tərbiyəsizi görürsən. Hamı onlara baxır, hamı onları varlandırır. İnsanlar ən vacib məsələlərini qoyub kənara, ancaq bu 3 əxlaqsızla məşğuldur. İş ondadır ki, nifrət də etmirlər, onlara pullar qazandırırlar.
Bir gecədə 25 min dollar pul qazanan var. Soysuz, köksüz 3 dılğır cəmiyyətin başını qatır. Problemi olan qaziyə, ehtiyac sahibinə heç kim dönüb baxmır, hamı pulunu tökür bu 3 dılğıra.
Bunlar alimdir, professordur, hərbiçidir, incəsənət xadimidir, kimdi bunlar? Ölkə əhalisinin gör nə qədəri onların səviyyəsindədir, səviyyəniz budur bax".
Nadir Qafarzadə ad çəkməsə də, gələn rəylərdə onun Nia, Sabir və Furkan adlı 3 tiktokeri nəzərdə tutduğu yazılıb
- Bakıda itkin düşən kişinin meyiti göldə tapıldı
- "Xruşşovka"lar niyə bahalaşır?
- Azərbaycan hərbçiləri Türkiyədə bunker və mağaralarda... - Video
- Ucuz mebel satışı adı ilə dələduzluq: saxlanılan var - Video
- Tovuzda qadın ərinin məzarı başında öldü
- Sabah hava necə olacaq?
- Bakıda dəhşətli qəza: maşın iki qadını vurdu - Anbaan video
- AZAL Dubaya uçuşları bərpa edir