F-16 təyyarələri cəbhə xəttində idarə olunan bombalarla ukraynalı müdafiəçiləri sıxışdıran Rusiyanın Su-34 bombardmançıları və Su-30SM qırıcıları ilə effektiv mübarizə aparacaq.
BUTA.TV xəbər verir ki, bunu ukraynalı aviasiya üzrə ekspert Valeri Romanenko bildirib.
"Əgər F-16-lar döyüşə girməzdən əvvəl müasir effektiv silahlarla bizə təhvil verilsə, biz təhlükəyə məruz qalmadan ruslara qarşı effektiv hərəkət edə bilərik", - ekspert deyib.
Romanenko bildirib ki, düşmənin Su-34 bombardmançıları və Su-30SM çoxməqsədli qırıcıları ilə F-16 duelinin mürəkkəbliyi düşmən təyyarələrinin hansı məsafədə aşkar oluna biləcəyindən və rusların bizim təyyarələrimizi hansı məsafədən görə biləcəyindən asılı olacaq:
"Əgər biz F-16-ları alsaq, onların (rusların - red.) radarı maksimum 120-140 km-də işləyəcək, düşmən təyyarələrinin silahlandığı raketlərin uçuş məsafəsi isə əsasən 120 km-dir. Əgər biz ən müasir Amerika raketlərinin ixrac versiyasını əldə etsək, onda biz onları 150-160 km-də vura bilərik".
- Bakıda itkin düşən kişinin meyiti göldə tapıldı
- "Xruşşovka"lar niyə bahalaşır?
- Azərbaycan hərbçiləri Türkiyədə bunker və mağaralarda... - Video
- Ucuz mebel satışı adı ilə dələduzluq: saxlanılan var - Video
- Tovuzda qadın ərinin məzarı başında öldü
- Sabah hava necə olacaq?
- Bakıda dəhşətli qəza: maşın iki qadını vurdu - Anbaan video
- AZAL Dubaya uçuşları bərpa edir