Ukrayna ötən gün də Rusiyaya məxsus Su-34 təyyarəsini məhv edib. Lakin rusların hələ də kifayət qədər müxtəlif təyyarəsi var.
BUTA.TV xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin "Şərq" qoşun qrupunun mətbuat xidmətinin rəhbəri İlya Yevlaş deyib.
“Təyyarələrin məhv edilməsi düşmən taktikasının dəyişməsinə səbəb olur. Onlar taktikanı, hava hücumlarının sayını dəyişə bilərlər. Həmçinin ruslar təyyarənin tipini dəyişə, məsələn, daha köhnəlmiş Su-25 və ya ordu təyyarələrindən istifadə edə bilərlər”, - Yevlaş bildirib.
Qeyd edək ki, Ukrayna hərbçiləri 17-27 fevral tarixlərində Su-34 də daxil olmaqla, Rusiyanın 10 hərbi təyyarəsini vurub. 29 fevral-2 mart tarixlərində isə 4 ədəd Su-34 məhv edilib.
- Bakıda itkin düşən kişinin meyiti göldə tapıldı
- "Xruşşovka"lar niyə bahalaşır?
- Azərbaycan hərbçiləri Türkiyədə bunker və mağaralarda... - Video
- Ucuz mebel satışı adı ilə dələduzluq: saxlanılan var - Video
- Tovuzda qadın ərinin məzarı başında öldü
- Sabah hava necə olacaq?
- Bakıda dəhşətli qəza: maşın iki qadını vurdu - Anbaan video
- AZAL Dubaya uçuşları bərpa edir