Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində Qazaxıstan Respublikasının baş nazirinin müavini, xarici işlər naziri Murad Nurtleu ilə görüşüb.
XİN-dən BUTA.TV-a verilən məlumata görə, Azərbaycan və Qazaxıstan arasında mövcud ikitərəfli, o cümlədən çoxtərəfli əməkdaşlıq gündəliyindən məmnunluqla bəhs edən nazirlər, iki ölkə arasında dostluq, qardaşlıq, həmrəyliyə əsaslanan münasibətlərin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar.
Görüş zamanı, həmçinin Azərbaycan və Qazaxıstan arasında strateji tərəfdaşlıq münasibətlərinin müxtəlif aspektləri, nəqliyyat və enerji sahəsində əməkdaşlıq, o cümlədən regionda cari vəziyyət ətrafında fikir mübadiləsi aparılıb.
- Bakıda itkin düşən kişinin meyiti göldə tapıldı
- "Xruşşovka"lar niyə bahalaşır?
- Azərbaycan hərbçiləri Türkiyədə bunker və mağaralarda... - Video
- Ucuz mebel satışı adı ilə dələduzluq: saxlanılan var - Video
- Tovuzda qadın ərinin məzarı başında öldü
- Sabah hava necə olacaq?
- Bakıda dəhşətli qəza: maşın iki qadını vurdu - Anbaan video
- AZAL Dubaya uçuşları bərpa edir