Rusiya sərhədçilərinin İrəvan aeroportundan çıxarılması tələbinin olduğunu təsdiq edə bilmərəm, amma bu Baş nazir Nikol Paşinyanın, spiker Alen Simonyanın danışdıqlarının məntiqinə uyğundur.
BUTA.TV Report-a istinadən xəbər verir ki, bunu Rusiyanın Xarici işlər naziri Sergey Lavrov III Antalya Diplomatiya Forumu çərçivəsində təşkil olunan brifinqdə deyib.
“Onlar deyir ki, Ermənistanla Rusiya arasında 1994-cü ildən bəri baş verənlər hamısı səhv olub. Bundan başqa Ermənistan Rusiyanı guya KTMT çərçivəsində öhdəliyini yerinə yetirməməkdə ittiham edib”, - nazir deyib.
S.Lavrov qeyd edib ki, Rusiyanı hansı məqsədlə ittiham etdikləri, hansı məqsədlə bunu erməni xalqının şüuruna yeritdikləri anlaşılmazdır.
“Kənardan bunu qızışdıranlar və Rusiyanı Cənubi Qafqaz regionundan çıxarmaq istəyənlər var. Bunu edənlər digər heç bir regionlara öz hərəkətləri ilə xeyir verməyən mühəndislərdir. Son 50 ildə baş verənləri xatırlamaq kifayətdir – Vyetnam, Əfqanıstan, Livan, Suriya. Bu təcrübədən çıxış edərək ABŞ, İngiltərə, Avropanın Cənubi Qafqaza gəlişinin nəticəsinin nə olacağını demək olar”, - rusiyalı nazir deyib.
- ABB-nin tərəfdaşlığı ilə Beynəlxalq Xalça Festivalı başlandı!
- WUF13: Lənkəranda məlumatlandırma sessiyası... - Foto
- Bu müəssisənin fəaliyyəti dayandırıldı - Video
- Prezidentin qızları və gəlini İncəsənət Məktəbində - Foto
- Ötən gün həyatını itirən həkimin ölüm səbəbi bilindi
- Tovuz sakini dəm qazından boğularaq öldü
- Bakıda itkin düşən kişinin meyiti göldə tapıldı
- "Xruşşovka"lar niyə bahalaşır?