Göyçay sakini Şirvan kanalında batıb.
BUTA.TV xəbər verir ki, hadisə rayonun Bığır kəndində qeydə alınıb.
Belə ki, 52 yaşlı Qalib Qəfərov yaşadığı evdən çıxıb və geri qayıtmayıb. Dayısı Məmməd Səmədovun sözlərinə görə, bacısı oğlu dünən günün ikinci yarısında balıq tutmaq üçün lazım olan avadanlıqları götürərək Şirvan kanalına gedib. Gecə saatlarında ailə üzvüləri onunla telefon əlaqəsi saxlayıb. O, tezliklə evə dönəcəyini bildirsə də, sonradan onunla əlaqə yaratmaq mümkün olmayıb.
Sonuncu telefon danışığı zamanı Qalib Qəfərovun Şirvan kanalının kənarında olması səbəbindən ailə üzvləri onun kanala düşərək batmasını ehtimal etdikləri üçün Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 qaynar telefon xəttinə müraciət ediblər. Məlumatla əlaqədar FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.
Hazırda dalğıc-xilasedicilərlə yanaşı, kənd sakinləri də kanalda batdığı güman olunan şəxsin axtarışlarını davam etdirir.
Xatırladaq ki, Bığır kənd sakini 52 yaşlı Qalib Qəfərov ailəlidir, iki övladı var.
- Tanınmış geoloqun xanımı nazirliyi məhkəməyə verdi
- Sərxoş şəxsin telefonunu və pulunu oğurladı – Anbaan video
- Culfa rayonunda kanaldan meyit tapıldı
- Bakıda və bölgələrdə külək güclənəcək - Xəbərdarlıq
- ABB-nin tərəfdaşlığı ilə Beynəlxalq Xalça Festivalı başlandı!
- WUF13: Lənkəranda məlumatlandırma sessiyası... - Foto
- Bu müəssisənin fəaliyyəti dayandırıldı - Video
- Prezidentin qızları və gəlini İncəsənət Məktəbində - Foto