Azərbaycan bu il istehsal edəcəyi təbii qazın yarısını ixrac edəcək.
BUTA.TV xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasının yekunlarına dair keçirilən mətbuat konfransında deyib
Nazir bildirib ki, bu il Azərbaycanda 48 milyard kubmetrdən çox qaz istehsalı nəzərdə tutulur:
"İstehsal edilən qazın təxminən yarısı Türkiyə, Gürcüstan və Avropaya ixrac ediləcək. Biz müəyyən bir artımla bu ixracı davam etdirmək niyyətindəyik".
Qeyd edək ki, ötən il Azərbaycan Avropaya 11,9 milyard kubmetr, Türkiyəyə 9,5 milyard kubmetr, Gürcüstana isə 2,5 milyard kubmetr qaz ixrac edib.i
- Tanınmış geoloqun xanımı nazirliyi məhkəməyə verdi
- Sərxoş şəxsin telefonunu və pulunu oğurladı – Anbaan video
- Culfa rayonunda kanaldan meyit tapıldı
- Bakıda və bölgələrdə külək güclənəcək - Xəbərdarlıq
- ABB-nin tərəfdaşlığı ilə Beynəlxalq Xalça Festivalı başlandı!
- WUF13: Lənkəranda məlumatlandırma sessiyası... - Foto
- Bu müəssisənin fəaliyyəti dayandırıldı - Video
- Prezidentin qızları və gəlini İncəsənət Məktəbində - Foto